İrandan Trampa çox sərt xəbərdarlıq! Müharibə başlayarsa…

Baxış sayı:
3172

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Vaşinqton rəhbərliyinin İrana qarşı müharibə başlatdığı təqdirdə müharibəni bitirən tərəf ola bilməyəcəkləri və müharibənin qısa sürməyəcəyi xəbərdarlığını edib.
 
Zərif Twitter hesabından paylaşdığı mesajında, ABŞ prezidenti Donald Trampın İran mövzusundakı yanılmalarının sülhü təhlükəyə atdığını ifadə edib.
Sanksiyaların müharibənin alternativi deyil, əksinə "müharibənin özü" olduğunu vurğulayan Zərif, Trampın "İranı yox edərik" şəklindəki təhdidinin də "soyqırım" və "müharibə cinayəti" mənasını verdiyini qeyd edib.
Trampın "müharibə qısa sürəcək" şəklindəki sözlərinə isə Zərif, "Müharibənin qısa sürəcəyi bir yanıltmadır. Müharibəni başladan tərəf müharibəni bitirən tərəf olmayacaq" deyə cavab verib.
Zərif ayrıca, ABŞ rəhbərliyindən gələn müzakirə təklifi və təhdid açıqlamalarının bir-biriylə ziddiyyət təşkil etdiyini vurğulayıb.
Qeyd edək ki, ABŞ prezidenti Tramp dünən “Fox Business” kanalına etdiyi açıqlamada, ABŞ-İran arasındakı ola biləcək bir müharibənin uzun sürməyəcəyini demişdi.
Müxalifət.az