İrandan TƏHDİD KİMİ AÇIQLAMA: RAKETLƏRİMİZİ..
19-06-2018 12:40
Baxış sayı:
5368

İran İnqilab Mühafizəçiləri Komandanı Cəfəri, İranın raket mənzilini artırmağa ehtiyacının olmadığını deyib.
İranın hazırda raketlərinin mənzilini artırmağa yönəlik bir planının olmadığı bildirilib.
İnqilab Mühafizəçiləri Komandanı Cəfəri etdiyi açıqlamada, mövcud 2000 km-lik raket mənzilinin İranı qorumaq üçün yetərli olduğunu ifadə edib.
“Tasnim” xəbər agentliyinin verdiyi xəbərə görə, İnqilab Mühafizəçiləri Komandanı Məhəmməd Əli Cəfəri, "Raket mənzilimizi artırmaq üçün elmi imkanımız var, amma düşmənlərin strateji hədəflərinin çoxu 2000 km-lik məsafə çərçivəsində olduğundan bu bizim mövcud siyasətimiz deyil. Bu məsafədəki raket mənzili, İranı qorumaq üçün kifayətdir" deyib.
Müxalifət.az