İrandan ABŞ-a SURİYA XƏBƏRDARLIĞI

Baxış sayı:
3658

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi, Mayk Pompeonun ABŞ dövlət katibi vəzifəsinə gəlməsindən sonra, Suriyaya qarşı mümkün bir əməliyyatı nəzərdə tutaraq ABŞ-ın "axmaqcasına" bir şey etməməsini söyləyib. İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımınin açıqlamaları, Reks Tillersonın ABŞ Dövlət Katibi vəzifəsindən çıxarılmasından sonra gəldi. Qasımi, Ağ Evi Suriyada daha müdaxiləçi bir mövqe nümayiş etdirmədən əvvəl diqqətlə düşünməyə dəvət edib. Əsəd rejiminə qarşı hücum başlayacağına işarə ABŞ-ın keçmiş dövlət katibi Reks Tillerson, ABŞ xarici siyasətində Tramp hökumətindəki digər vəzifələrə nisbətən daha az basqıcı siyasət tərəfdarı kimi görünürdü və vəzifədən çıxarılmasından sonra bəzi xarici siyasət ekspertləri Ağ Evin Suriya hökumət güclərinə qarşı yeni bir hərbi əməliyyat başlamaq hazırlığında olduğunu irəli sürdü. Ekspertlərə görə, Trampın Tillersonın yerinə keçmiş MKİ direktoru Mayk Pompeonu vəzifəyə gətirməsi, ABŞ xarici siyasətinin daha təcavüzkar bir istiqamətdə seyr edəcəyinib göstəricisidır. Pompeo, Rusiya, İran və Şimali Koreya haqqında sərt baxışlara malikdir. Müxalifət.az