İranda helikopter QƏZASİ: 5 ölü

Baxış sayı:
8311

İranın qərbində yerləşən Çahar Mahal Bahtiyari vilayətində təcili tibbi xidmətə məxsus helikopter qəzaya uğrayıb.
Muxalifet.az xəbər verir ki, bu haqda İRNA agentliyi yazıb.
Agentliyin vilayət valisinin təhlükəsizlik və siyasət məsələləri üzrə köməkçisi Cəfər Mardaniyə istinadən verdiyi xəbərə görə, faciə nəticəsində ekipajın üç üzvü və iki tibb işcisi həlak olub.
Hazırda yerli hüquq-mühafizə orqanları qəzanın səbəbini müəyyənləşdirir.