İranda bayram yasa döndü: 4 ÖLÜ, 2 MİN YARALI
14-03-2018 10:44
Baxış sayı:
7978

İranda ötən gün, Çərşənbə mərasimi zamanı ölənlərin sayı 4-ə çatıb, 2082 nəfər isə yaralanıb.
Axar.az xəbər verir ki, bu barədə İRNA agentliyinə İran Təcili Yardım Qurumunun rəhbəri Pirhüseyin Kulivənd danışıb.
O bildirib ki, olaylar Tehran, Zəncan, Ərdəbil və Kərəç şəhərlərində baş verib.
Qeyd edək ki, ötən gün Tehran əyalətində çərşənbə bayramının qeyd edilməsi zamanı baş vermiş insidentlərdə 3 nəfərin öldüyü, 38 nəfərin xəsarət aldığı bildirilmişdi.
İki nəfərin pirotexniki vasitənin partlaması nəticəsində əlini itirdiyi qeyd edilirdi.