İranda 4 nəfər dara çəkildi – SƏBƏB

Baxış sayı:
3325

İranda qətl törətməkdə ittiham edilən və barələrində ölüm hökmü çıxarılan daha 4 məhkum edam olunub.

Muxalifət.az xəbər verir ki, iranlı hüquq müdafiəçilərinin yaydığı məlumata görə, qətldə günahlandırılaraq ölümə məhkum edilmiş Cavad Darabi, Məhəmməd Nurəfkən və Həsən Gümşadi iyulun 4-ü sübh saatlarında Kərəcin Rəcayişəhr həbsxanasında dara çəkilib.

Eyni ittiham üzrə 52 yaşlı daha bir müttəhim – Məhəmməd Əli isə Təbrizin mərkəzi həbsxanasında dar ağacından asılıb.

Qeyd edək ki, İran İslam Respublikası həyata keçirdiyi edamların sayına görə dünyada birinci yeri tutur.