​İrana şok: 18 milyard ödəməlidir

Baxış sayı:
2110

İran Birləşmiş Ərəb Əmirliklərinə 18 milyard dollar cərimə ödəyəcək.
Muxalifet.az xəbər verir ki, İranın Nəcəfabad şəhərindən olan deputat Əbülfəzl Əbu Turabi müsahibəsində bu barədə Haaqa Beynəlxalq Məhkəməsinin (UCM) qərar qəbul etdiyini deyib.
İranın Neft Nazirliyinin adının açıqlanmasını istəməyən nümayəndəsi buna Mahmud Əhmədinejadın prezidentliyi dövründə İranın BƏƏ-nin “Crescent Petroleum” neft-qaz şirkəti ilə imzalanan müqaviləni pozmasının səbəb olduğunu bildirib.
Qeyd edək ki, İran Milli Neft Şirkəti ilə “Crescent Petroleum” arasında müqavilə 2001-ci ildə imzalanıb. Müqavilə şərtlərinə əməl etmədiyi üçün şirkət İranı məhkəməyə verib.