İran və Rusiya hansı silahları mübadilə etməyə hazırlaşır?

Baxış sayı:
9549

İran Rusiya Federasiyasına silah tədarükü müqabilində Rusiyadan müasir aviasiya, xüsusilə Su-34, təlim təyyarələri və radiolokasiya stansiyaları almağa ümid edir.
Bu barədə Baş Kəşfiyyat İdarəsinin (GUR) nümayəndəsi Vadim Skibitski RBC-Ukraynaya müsahibəsində danışıb.
Skibitski deyib: “İran Rusiya ilə hərbi-texniki əməkdaşlığı inkişaf etdirir, çünki Tehran Rusiya silahlarında maraqlıdır”.
Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi əlavə edib ki, Rusiya Federasiyası ilə İran arasında “danışıqlar davam edir”.