İran və İsrail rəsmiləri arasında GİZLİ GÖRÜŞ! - RAZILAŞDILAR

Baxış sayı:
3730

İordaniyanın vasitəçiliyi ilə baş tutan gizli görüşdə Tehran rəhbərliyinin, Suriyanın cənub-qərbindəki münaqişələrə qatılmaması barədə razılıq əldə olunduğu qeyd olunub.
 
İran və İsrailli rəsmilərin, İordaniyanın paytaxtı Əmmanda keçirdikləri gizli görüşdə, "Tehran rəhbərliyinin Suriyanın cənub-qərbindəki münaqişələrə qatılmaması" barədə razılığa gəldiyi iddia edilib.
Səudiyyə Ərəbistanının Londonda nəşr olunan "İlaf" qəzetinin verdiyi xəbərə görə, İranın Əmmandakı səfiri Müctəba Firdovsinin yer aldığı görüşdə İranlı polis rəsmiləri ilə Mossad Kəşfiyyat Xidmətinin rəis müavininin də olduğu bildirilib. Tərəflər Əmmandakı bir otelin müxtəlif otaqlarında yerləşsə də, qarşılıqlı mesajları İordaniyalı bir vasitəçi tərəflərə ötürüb. Yəni, danışıqlar birbaşa və üz-üzə baş verməyib.
Xəbərdə, Suriyanın cənub-qərbində, xüsusilə də Dəraa və el-Kuneytara şəhərlərində ola biləcək münaqişələr müzakirə olunub. Görüşdə İranla yanaşı, Livan Hizbullahı və digər Şiə qrupların sözügedən bölgədə Əsəd rejim qüvvələri ilə müxaliflər arasında meydana gəlməsi gözlənilən münaqişələrə iştirak etməməsi və İordaniyanın də sərhədlərini keçidlərə qarşı qoruması istiqamətində razılıq əldə olunduğu qeyd olunub.
İşğal olunmuş Golan Təpələri və İsrail sərhədinə yaxın bölgədə çıxması gözlənilən münaqişələrə İran və Hizbullahın qatılmadığı təqdirdə İsrailin də müdaxilə etməyəcəyi razılaşdırılıb və İsrail rəsmiləri anlaşmanın bu qədər sürətli əldə olunmasına təəccüb ediblər.
Xəbərdə həmçinin, Suriyada daha çox itki verməmək və təzyiqlərə məruz qalmamaq üçün cənub-qərbdə Əsəd qüvvələri ilə müxaliflər arasında yaxın zamanda çıxması gözlənilən münaqişələrə iştirak etməməyi qəbul etdiyi bildirilib.
Bu görüşün Rusiyanın bilgisi daxilində baş tutduğu da qeyd olunub. Hətta Dəraa və Kuneytarada çıxacaq münaqişələrdə İran və Hizbullahın müdaxilə etməməsinə dair Rusiyanın zəmanət verdiyi də irəli sürülüb.
Müxalifət.az