İran uran istehsalını artırdı

Baxış sayı:
12241

ABŞ sanksiyalarına məruz qalan İran zənginləşdirilmiş uran istehsalı siyasətində dəyişiklik edib.
 
Avstriyanın paytaxtı Viyanada jurnalistlərin suallarını cavablayan Beynəlxalq Atom Enerjisi Təşkilatının başçısı (UAEK) Yukiya Amano İran nüvə razılaşmasına bağlı yüksələn təzyiqin salınmasının əhəmiyyətinə işarə edib.
 
İran uran istehsalını artırdı
 
Amano agentliyin nəşr etdiyi son 3 hesabatda, "İran nüvə fəaliyyətlərinə bağlı təəhhüdlərini Əhatəli Ortaq Hərəkət Planı (KOEP) çərçivəsində tətbiq edir" ifadəsini bu hesabatda istifadə etmədiyini ifadə edərək "İran Milli Yüksək Təhlükəsizlik Şurasının KOEP-ın bəzi tədbirlərini dayandıracağını açıqladığı üçün bu ifadəni istifadə etmədim. Əvvəlki hesabatlarda olduğu kimi, eyni ifadəni istifadə etmiş olsaydım əlverişsiz olurdu. Ancaq bunu da ifadə etməliyəm ki, İran nüvə fəaliyyətlərinə bağlı təəhhüdlərini yerinə yetirmədiyini də demirik" deyə söyləyib.
 
"ÖLÇÜLƏR ARTDIĞINI GÖSTƏRİR"
 
İranın keçən ay uran istehsalını 4 qat yüksəldəcəyi yönündəki açıqlaması ilə bağlı bir sualı da cavablayan Amano, "Bizim etdiyimiz ölçülər istiqamətində İranın uran istehsalı nisbətində artım oldu" deyə bildirib.
Müxalifət.az