İran televiziyası "Mançester Yunayted" klubunun embleminə senzura tətbiq edib

Baxış sayı:
10009

İran televiziyası İngiltərənin "Mançester Yunayted" klubunun embleminə senzura tətbiq edib.

"ITASportPress" xəbər verir ki, klubun embleminə Çempionlar Liqasının 1/8 final mərhələsində Fransa PSJ-si ilə matça həsr olunan verilişdə müdaxilə olunub. Bildirilir ki, telekanalın rəhbərliyi İngiltərə klubunun loqotipindəki şeytan obrazını qəbuledilməz sayıb.

Əvvələr İranın dövlət televiziyası İtaliyanın “Roma” klubunun loqotipinə qarşı senzura tətbiq edib.

Qeyd edək ki, matç PSJ-nin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bu komandalar arasındakı cavab oyunu martın 6-da keçiriləcək. (Report)