İran prezidenti İnqilab Mühafizəçilərini aşağıladı

Baxış sayı:
10750

İran prezidenti Həsən Ruhani qaçaqmalçılıqla mübarizə üçün ölkənin cənub sərhədlərinin İnqilab Keşikçiləri Ordusuna təslim edildiyini, ancaq qaçaqmalçılığın qarşısının alınmadığını söyləyib.
 
Ruhani ölkədə böyük bir problem olan qaçaqmalçılığın qarşısının alınması üçün bir sıra iqtisadi dəyişikliyə ehtiyac duyulduğunu bildirib.
Qaçaqmalçılıqla mübarizə məsələsində "silahlı qüvvələrin də səy göstərdiyini", ancaq mübarizənin olduqca çətin olduğunu ifadə edən Ruhani, "Qaçaqmalçılıqla mübarizə etmələri üçün cənub sərhədlərimizi İnqilab Keşikçiləri Ordusuna təslim etdik, ancaq 10 qaçaqmalçılıq hadisəsindən yalnız birini tuturlar" deyib.
Qeyd edək ki, İran hökuməti sərhədlərdə qaçaqmalçılığın qarşısının alınması üçün ötən ilin martında Fars Körfəzi sahillərini də əhatə edəcək şəkildə ölkənin cənub sərhədlərindəki təhlükəsizliyi İnqilab Mühafizəçiləri Ordusunun məsuliyyətinə vermişdi.
İranda ötən ildən etibarən milli valyutanın xarici valyuta məzənnələri qarşısında ciddi dəyər itkisindən sonra izlənən valyuta siyasətləri iqtisadiyyatdakı problemləri dərinləşdirməklə yanaşı, qaçaqmalçılığın artmasına da zəmin yaratmışdı.
Müxalifət.az