İran liderləri "Fars imperiyası" qurub regionun hegemonu olmağın həsrətini çəkirlər

Baxış sayı:
14065

Iran liderlərinin “süpergücə” çevrilmək niyyətləri yoxdur, ancaq Fars imperiyası kimi region hegemonu olmağın həsrətini çəkirlər. İndiyədək İran ucuz başagələn müharibələrə girişib, proksilərdən istifadə edib, ABŞ kimi Vyetnama, İraqa, Əfqanıstana əsgərləri göndərməyib. “The National İnterest” dərgisində Michael Peck hətta ucuzvari müharibənin də baha başa gələcəini yazır.
Müəllifin fikrincə, İran ordusu qeyri-standart metodlarla müharibə aparmaqdan adi silahlara keçir. Bu, düşməni vurmaq üçün daha artıq ballistik raketlərin hazırlanması, Fars körfəzini nef tankerlərinin üzünə bağlamaqdan ötrü minalar və digər donanma silahlarının əldə olunmasından ibarətdir. Bu haqda İranın hərbi gücünə dair yeni hesabatda söz açılır. Hesabatı Pentaqonun kəşfiyyat xidməti olan Müdafiə Kəşfiyyatı Agentliyi hazırlayıb.
Müəllif Tehranın bütün bu sözügedən qabiliyyəti necə inkişaf etdirəcəyini sual edir.

Çətinliklər
Agentlik İranın qeyri-standart metodlardan istifadəni davam etdirəcəyini gözləyir, yəni, terrorçuluğu, ABŞ,İsrail və Səudiyyə Ərəbistanı kimi düşmənlərinə qarşı Hizbullah kimi proksiləri dəstəkləyəcək. Eyni zamanda Tehran adi silahlarını təkmilləşdirəcək. İranın son beşillik inkişaf planında prioritet raketlərə, donanma qüvvələrinə, havadan müdafiəyə verilir.
Pentaqonun təhlilçiləri eyni zamanda belə bir ambisiyalı proqramın baha başa gələcəyini vurğulayırlar.
“Bu məqsədlərə baxmayaraq, davam edən maliyyə sıxıntıları və sanksiyalar İranın hərbi modernləşmə cəhdlərini çətinləşdirəcək. Tehran belə mühitdə prioritetlərini bütünlüklə əldə etməyə bilər. Yaxın Şərqdə mürəkkəb təhlükəsizlik durumu – ABŞ qüvvələrinin qalması, İsrailin üstün qüvvəyə çevrilmə potensialı, Səudiyyə Ərəbistanı və Körfəz ölkələrnin artan hərbi qabiliyyəti İranın adi qüvvələrini qurmasını daha da mürəkkəbləşdirəcək”,- MKA proqnozlaşdırır.
Müəllid bu hesabatların bu ilin avqust ayında hazırlandığını, sentyabrda Səudiyyənin neft obyektlərinə hücumları əhatə etmədiyini qeyd edir. Hücumları İranın dəstəklədiyi husi yaraqlıları həyata keçirib. Bu ilin iyununda isə İranın yer-hava tipli raketi ABŞ-ın kəşfiyyat dronunu vurdu. “Səudiyyəlilər, israillilər və amerikalılar İranın raket-dron qabiliyyətini də nəzərə almamış olmazlar”, - eyə məqalədə vurğulanır.
Muxalifet.az