İran liderindən DÜNYANI ŞOK EDƏN TƏLİMAT: SABAHDAN BAŞLAYIRLAR

Baxış sayı:
5056

İranın dini lideri Ayətullah Əli Xamneyi, ölkəsinin təxirə saldığı nüvə işlərini yenidən başlaması üçün hazırlıqların sabahdan etibarən başlanılması tapşırığını verib.
 
SABAHDAN ETİBARƏN BAŞLANILMALIDIR
 
Ayətullah Xamneyi, ABŞ-ın başlatdığı iqtisadi sanksiyalar üçün "Bəzi Avropa ölkələri, İranın həm iqtisadi sanksiyaları qəbul edib, həm də nüvə fəaliyyətlərindən əl çəkməsini istəyir. Bu dövlətlərə müraciət edirəm, bu yuxunuz baş tutmayacaq. İran xalqı və dövləti, həm embarqoda olub, həm də nüvə fəaliyyətlərinin məhdudlaşdırılmasını qəbul etməyəcək" deyib.
Xamneyi, uranı zənginləşdirmə fəaliyyəti mövzusunda "Nüvə Enerji Müəssisəsi, mövcud nüvə müqaviləsi çərçivəsində, 190 min sentrifuqaya çatılması üçün dərhal hazırlıqlarına başlamalı və prezidentin verdiyi tapşırıq çərçivəsində digər hazırlıqlar da sabahdan etibarən başlamalıdır" deyə söyləyib.
Müxalifət.az