İran İngiltərədən əvəzini çıxdı! Neft dolu tanker saxlanıldı

Baxış sayı:
13129

İran dövlət televiziyası İran İnqilab Mühafizəçilərinin Körfəzdə xarici bir neft tankerini ələ keçərdiklərini bəyan edib.
 
İran dövlət televiziyası İran İnqilab Mühafizəçilərinin Oman Körfəzində bir milyon barrel yanacaq qaçaqçılığı etdiyi üçün 12 heyətin vəzifə yerinə yetirdiyi xarici bayraqlı bir gəmiyə əl qoyduğunu bəyan edib.
Açıqlamada, gəminin kimə aid olduğu ifadə edilməyib. Mövzu ilə əlaqəli başqa bir məlumat paylaşılmayıb.
 
İRANIN GƏMİSİNƏ İNGİLTƏRƏ ƏL QOYMUŞDU
 
İngiltərəyə bağlı Cəbəllütariq muxtar rəhbərliyi 4 iyulda Suriyaya yönəlik embarqoları pozduğu üçün bir İran tankerini saxlamışdı. İran "Grace 1" adlı tankerin dayandırılmasından sonra bunun İngiltərə üçün "nəticələri olacağı" açıqlamasını etmişdi.
Müxalifət.az