İran Baş Qərargahından QALMAQAL QƏNDİL AÇIQLAMASI

Baxış sayı:
2050

İran Baş QərargahInın sözçüsü general-mayor Ebulfazl Şikarçı, Türkiyənin Qəndilə qarşı keçirdiyi əməliyyatı qeyri-qanuni kimi səciyyələndirib.
 
İran dövlət televiziyasının xəbərinə görə, İran Baş Qərargahının sözçüsü general-mayor Ebulfazl Şikarçı, Türkiyənin terror təşkilatı PKK-ya qarşı Qəndilə başlatdığı əməliyyata dair bəyanat verib.
 
QANUNSUZ BİR ƏMƏLİYATDIR
 
İranlı sözçü verdiyi yazılı açıqlamada, “İran İslam Respublikası, hər cür terrorla mübarizəni dəstəkləməsinə baxmayaraq, müvafiq ölkədəki qanuni hökumətin icazəsi olmadan terrorizmlə mübarizə bəhanəsi ilə üçüncü bir ölkə sərhədləri içində əməliyyat aparılmasını qeyri-qanuni bir hərəkət olaraq görür" deyib.
İranın son qırx ildir ki, terrorun qurbanlarından biri olduğunu deyən sözçü Şikarçi, belə davam edib: "Buna baxmayaraq İran, terrorçu qruplarla mübarizə üçün əsla bir ölkənin suverenliyini pozacaq əməliyyatları dəstəkləməyəcəkdir".
Əslində İranın bu cür mövqeyi gözlənilən idi. Çünki İran heç bir zaman terroru dəstəkləməkdən və Türk düşmənçiliyindən vaz keçməyib və vaz keçəcək kimi də görsənmir.  İran bu gün ABŞ-ı etibarsız bir ölkə saysa da, bu cür ziddiyyətli və düşmənçilik mövqeyi ilə heç də Amerikadan geri qalmadıqlarını nümayiş etdirirlər. Daha anlamırlar ki, dünya səviyyəsində hər cəhətdən sıxışdırılan İranın az sonra qaçacaq yeri qalmayacaq və tək güvənilir sığınacaq yenə Türklər, Türkiyə dövləti olacaq.
Müxalifət.az