İran Avropadan tələb etdi: Yetərli deyil!
20-05-2018 20:01
Baxış sayı:
1450

Avropa ölkələrinin İranın nüvə razılaşması ilə bağlı yalnız siyasi aspektdən dəstək verməsi yetərli deyil.
Muxalifet.az xəbər verir ki, bu sözləri İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib.
“ABŞ-ın razılaşmadan çıxması və Avropa İttifaqının müqavilənin qorunması ilə bağlı addımları ictimaiyyətin gözləntilərini daha da gücləndirdi. Təbii ki, mövcud şərtlərdə Avropanın yalnız siyasi dəstəyi yetərli deyil. İttifaq daha böyük praktiki addımlar atıb iqtisadi əməkdaşlığı davam etdirmək üçün İranda investisiyalarını genişləndirməlidir”, - deyə nazir bildirib.