​İran ABŞ-ın İŞİD-lə müttəfiq olduğunu isbat edən DƏLİLLƏRİ BƏYAN ETDİ! - “Bu sənədləri onların üzünə çırparsınız!”

Baxış sayı:
4450

Muxalifət.az xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı “Qüds” qüvvələrinin komandiri, genral-mayor Qasım Süleymani ölkənin Xarici İşlər Nazirliyinə ABŞ-ın İŞİD terror qruplaşması ilə ittifaqda olduğuna şəhadət edən sənədlər təqdim edib. Bu barədə rəsmi açıqlamanı İran parlamentinin spikeri Hüseyn Əmir Abdullahian verib: “Mən XİN-də olarkən, general Süleymani ilə görüşdüm. O, sənədləri mənə təqdim edərək dedi ki, bu dəlilləri Qərbin və BMT-nin üzünə çırpım. Həmçinin, məndən xahiş elədi ki, xarici işlər naziri Məhəmməd Zərifə deyim ki, ABŞ ilə birlikdə nüvə məsələsi ilə yanaşı, regiondakı vəziyyət barəsində danışıqlara getməsin. Lakin əgər buna zərurət yaranarsa, o, bu sənədləri masanın üzərinə qoyub amerikalılara bunun onların ideyası olduğunu söyləsin”. Hüseyn Əmir Abdullahian bildirib ki, general Süleymani ABŞ-la İŞİD-in gizlin sövdələşməsi barəsində, həmçinin sövdələşmənin coğrafi vəziyyəti, bütün detalları barəsində dəqiq informasiyaya malikdir. Süleymani Əmir Abdullahiana deyib: “İraqın Mosul şəhəri İŞİD-in işğalı altında olarkən, Amerikanın A-330 təyyarəsi Mosul aeroportunda yerə enmiş, ABŞ generalları təyyarədən enmiş və onların gətirdikləri hərbi texnika təyyarədən boşaldılmışdı. Aeroportun VİP zalında Amerika generalları 3 saat 23 dəqiqə ərzində İŞİD-in Mosuldakı liderləri ilə söhbətlər aparıblar. Sonra isə təyyarəyə minərək uçub gediblər. Amerikalılar İŞİD-ə terrorçuların ehtiyacları olduğu silah və sursat gətirmişdilər”. Əmir Abdullahian general Süleymaniyə istinad edərək söyləyib: “Başqa bir yerdə üç Amerika vertolyotu yerə enərək İŞİD-in ən yuxarıdakı rəhbərlərinə hərbi texnika təhvil veriblər”. Məmurun sözlərinə görə, son aylarda bir çox İŞİD komandirləri həbs edilərkən, amerikalılar müxtəlif təhlükəsizlik və hərbi qoruma metodlarına əl atıblar, hətta BMT-dən belə istifadə edərək çalışıblar ki, atəşkəs əlsə edilsin və İŞİD liderlərinin əksəriyyəti mühasirədə qalmış dinc vətəndaşlar adı altında evakuasiya edilsin. O deyib: “Sonradan biz aşkar elədik ki, amerikalılar onlardan bəzilərini şimali Əfqanıstana, bəzilərini isə Liviyaya və, Yəmənin cənubundalı yerlərə evakuasiya eləməyə müvəffəq olublar”. Yerli mənbələr də təsdiq edirdilər ki, Amerika vertolyotları İŞİD komandirlərini Deyr əz-Zordan Suriyanın Haseke vilayətinə köçürüblər. İslam inqilabının ali dini lideri Seyid Əli Xamanei bu yaxınlarda dərc elədiyi xəbərdarlıqda, ABŞ-ın İŞİD-i Əfqanıstana köçürməklə məşğul olduğunu bildirirdi. Ali dini lider bu ilin yanvarında verdiyi açıqlamada deyirdi: “ABŞ İŞİD-i İraq ilə Suriyadan Əfqanıstana köçürməklə özünün regiondakı varlığına haqq qazandırmağa və sionist rejimin təhlükəsizliyini təmin eləməyə çalışır”./Hurriyyet.org