İqtisadiyyat üzrə Nobel mükafatı laureatlarının adı açıqlandı
10-10-2016 14:12

İqtisadiyyat üzrə Nobel mükafatı Harvard universitetinin professoru Oliver Harta və Massaçusets texnoloji institutunun professoru Benqt Holmstremə verilib.
Qeyd edək ki, mükafat hər iki şəxsin müqavilələr nəzəriyyəsinin inkişafına verdiyi dəstəyə görə verilib.
İsveç Mərkəzi Bankı alimlərin hər birinə 8 mln. kron (təxminən $1 mln.) ödəyəcək.