Əkrəm Əylislini sevmək qanı su yerinə axıtmaq yox, qanı suya çevirməkdir - EMİL RASİMOĞLU YAZIR

Baxış sayı:
14802
Əkrəm Əylisli müasir ədəbiyyatımızı yaradan (məhz yaradan!), ədəbi prosesə təsir göstərməyi bacaran azsaylı imzalardandı. 
O, sənətkardı...Bir sənətkarın ədəbiyyat, sənət tərəfi toxunulmazdı. Çünki sənət ümumbəşəridi — tək bir xalqın, millətin deyil, mütaliə edib, fərqinə varan, dərk edən hər kəsindir.
...On bir iqlimin doqquzu Azərbaycandadır amma Azərbaycanın deyil!..Sənətkarı bir az da bu şəkildə şərh etmək olar.
Qayıdım Əkrəm Əylisliyə...Bir zaman yan(dırıl)an sadəcə onun kitabları oldu, əsərləri yox...Əsəri yalnız zaman “yandıra” bilər. O da ki, bir başqa parametrlərlə. Bu artıq sənət, sənətkarlıq məsələsidir.
Bəs, Əkrəm Əylislinin “yazıçı günahı” nə oldu?
Unutmaq lazım deyil ki...yaradıcılıqdan savayı, həm də sənətkarın düşüncə missiyası millət, din...və bu kimi parçalayıcı ideologiyalardan çıxış etmək yox, ümumbəşəri ideyalara, rənglərə...sökənməkdi. Bu söykənişin özü belə fövqəl yaradılışdı.
Sən müharibənin, düşmənçiliyin... əlehinəsənsə o zaman millət, din...və bu kimi müəyyən ideologiyalardan çıxış etməli deyilsən (İllah da yaradıcı adam olasan!)...Yaradıcı adam bütün bu xarakterli “dişli ideologiyaların” üst qatında dayanmalıdır. Fərq etmir, o sənət adamı hansı coğrafi ərazidə (Amerikada, Rusiyada, Azərbaycanda, Çində, Ermənistanda və.s) bioloji olaraq doğulub. 
Əkrəm Əylislinin də məhz ən böyük “ali günahı” o üst qatda dayanmağı oldu ki...əslində bu da sənətin bir “İlahi genidir”. Eyni zamanda bir idrakın “gücü” ilə “barışdırıcı boyaların” varlığını göstərmək deməkdir.
Sevin Əkrəm Əylislini...Əkrəm Əylislini sevmək qanı su yerinə axıtmaq yox, qanı suya çevirməkdir.
Emil Rasimoğlu
yazar