İntiharçı "Mavi Balina"da gəlişmə: HƏBS OLUNDULAR

Baxış sayı:
3463

Rusiyada 2015-də çıxan və dünyada 130 gəncin həyatına son qoyan “Mavi Balina” internet oyununun qurucusundan sonra onunla işbirliyində olan Nikita Nearonov da yaxalanıb.
 
Oyunun qurucusu Filipp Budeikin (22), ötən il 16 uşağın intiharına səbəbolduğu üçün cəzalanıb və 3 il həbs cəzası almışdı. Budeikin həbsdə olsa da, oyunun  hələ də istifadəçiləri intihara sürüklədiyi fəaliyitini davam etdirdiyi ortaya çıxıb.
Oyunu oynayan uşaqlara göndərilən məktubların arxasındakı şəxsin İIya Sidorov olduğu müəyyənləşəndən sonar, o da həbs olunub. Ancaq o da həbs olunmasına baxmayaraq oyunu oynayan uşaqlara gedən intihar mesajları kəsilməyincə polis, təlimatları göndərən 22 yaşlı proqramist Nikita Nearonovu yaxalayıb.
Nearonovun 10 uşağın intiharında rol oynadığı və 40 nəfərlik bir qrupla da tamaşa üzərində müzakirələr apardığı müəyyənləşib. Olduqca zəkalı bir gənc olduğuna diqqət çəkən polis, Nearonovun yaxşı bir ailədən olduğunu və Moskvada maliyyə mütəxəssisi kimi xeyli yüksək maaşlı bir işinin olduğunu qeyd edib. Polisə görə, Nearonov, Whatsapp və ya Facebooka alternativ olaraq, Rus sosial media platforması VK və Telegramı uşaqlarla ünsiyyət üçün istifadə edib.


 
MAVİ BALİNA OYUNU NƏDİR?
 
“Blue Whale”, yəni “Mavi Balina” adlı oyunu Rusiyada bir psixologiya tələbəsi yaradıb. Oyun ilk olaraq, oynayanlardan birinin 2015-də intihar etməsi ilə gündəmə gəlib. Sonra da heç gündəmdən düşməyib. Oyun səbəbilə 1 il ərzində yalnız Rusiyada 130 uşaq intihar edib. Türkiyədə də bu oyun üzündən ölümlər baş verib.
“Mavi Balina” oyunu tam 50 gün davam edir. Oyunu oynayanlar, onlara göndərilən tapşırıqları ardıcıllıqla yerinə yetirir. Son vəzifə də intihar olur. Oyun, skaner əsaslı olmadığı üçün yoxlanmır.
Müxalifət.az