İnsan simalı balıq görənləri şoka saldı - VİDEO

Baxış sayı:
5576

Çinin Kunming şəhərində yerləşən bir kənddə qəribə balıq diqqəti çəkib. Üzü insanı xatırladan balıq görənləri şoka salıb və sosial şəbəkələrdə gündəm olub.

Görüntülər Çinin məşhur paylaşım saytında “Balıq pəriyə döndü” başlığı ilə yayılıb. Üzündə gözlərə bənzəyən iki qara nöqtə, burun dəlikləri və ağıza bənzər cizgilər olan balıq istifadəçilər tərəfindən möcüzə kimi qəbul olunub.

Bu balıqlar nadir halda tilova düşür.

Oxu.az xatırladır ki, 2010-cu ildə 44 yaşlı Brendan Osullivan tərəfindən tutulan “insan üzlü” sazan balığına 40 min sterlinq (təxminən 87 min AZN) qiymət verilmişdi.