İngiltərədən YPG/PKK ETİRAFI: GÖRÜRÜK Kİ..

Baxış sayı:
3481

İngiltərənin yeni Ankara səfiri Ser Dominick Chilcott, Türkiyənin, İngiltərə üçün "əvəzolunmaz” olduğunu ifadə edərək, terror təşkilatı YPG ilə bağlı “Sadəlövh deyilik, YPG ilə PKK arasında çox yaxın bağlar olduğunu görürük" deyib.
 
İngilis səfir Ser Dominick Chilcott, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın, "Şirin Dil Forumu” üçün gedəcəyi, Kraliça 2-ci Yelizaveta və İngiltərənin baş naziri Teresa Mey ilə də görüşəcəyi sabahkı Böyük Britaniya səfəri ərəfəsində ilk dəfə “Hürriyyət” qəzetinə açıqlama verib. Chilcott, prezident Ərdoğanın səfəri ərəfəsində bəzi mesajlar verib:
 
İKİ ADAMI HƏBS ETMİŞİK
 
“Terrorla mübarizədə İngiltərə ilə Türkiyə arasında necə bir əməkdaşlıq var”?
 
“Bizim Türk hökumətinin fikirlərinə çox hörmətimiz var. Türkiyə, bizim hazırda məşğul olmadığımız bir PKK terror ilə məşğul olur. Biz PKK-nı onsuz da uzun illərdir terror siyahısına almışıq. Hazırda YPG terror siyahısında deyil, ancaq sadəlövh deyilik, YPG ilə PKK arasında çox yaxın bağlar olduğunu görürük və biz bəzi şeyləri edirik. Məsələn, əgər İngilis vətəndaşları Suriyaya gedib, YPG cərgələrində döyüşürlərsə, bunlar İngilis qanunvericiliyini pozmuş olduqlarıı üçün İngiltərəyə qayıtdıqda həbs olunurlar. Yəni hazırda YPG-yə münasibətimiz Türkiyə ilə eyni səviyyədədir”.
 
“YPG tərkibində döyüşüb, İngiltərəyə qayıtdıqdan sonra həbs olunan İngilis vətəndaşı var?
 
“Bəli, hazırda iki nəfər var, bunların mühakiməsi hələ də davam edir. Bu da İngilis hökumətinin nəyi dəstəkləyib, nəyi dəstəkləmədiyinə dair çox açıq bir mesaj daşıyır”.
Müxalifət.az