İmamoğlunun Türk və İslam düşməni olan televiziyaya müsahibə verməsinin ŞİFRƏLƏRİ

CHP namizədi Əkrəm İmamoğlu son dövrdə Türkiyə əleyhdarı yayımları ilə ön planda olan Səudiyyə-BƏƏ yayım orqanı Əl Ərəbiyyəyə müsahibə verib.
Demokratiyadan uzaq və tiran bir ölkənin yayım orqanına və Səudiyyələrə demokratik mübarizədən və Türkiyədən şikayət edib, bir də "seçkini itirməkdən" bəhs edib, Cumhur İttifaqının namizədi Binalı İldırım qalib gəldiyi təqdirdə nə edəcəklərini izah edib.
İmamoğlu "seçki ədalətli olarsa və məğlub olarsaq etiraz etmərik" - deyir.
Sonra davam edir: "Minlərlə vəkilimiz və minlərlə könüllümüz var, əgər seçkidə şübhə olmadığına, seçkinin şəffaf keçirildiyinə hamılıqla birlikdə qərar versək, o zaman məğlubiyyətimizi qəbul edərik".
İmamoğlu "minlərlə vəkillə könüllü" deyərkən, 23 iyunda seçki qutularının başında keşik çəkdirəcəyi vəkillərini nəzərdə tutur yəqin.
Əgər seçkidə Binalı İldırım qalib gələrsə, onların hamısının təsdiqi lazım olacaq, onlar razılaşar və təsdiq edərlərsə, yalnız o şərtlə İmamoğlu məğlub olduğunu qəbul edəcək, əks halda seçki nəticəsini rədd edəcəklər.
CHP-nin məntəqələrə yerləşdirməyi planladığı minlərlə vəkillə könüllüyə diqqət yetirməkdə fayda var. Çünki bu cür açıqlama özü ilə bərabər müəyyən hədə və təhlükə də ərz edir.
İndi də keçək İmamoğlunun müsahibə üçün seçdiyi televiziya kanalına. Bu kanal Suriyada PKK-nı dəstəkləyən, Yəməndə vətəndaş müharibəsisini qızışdıran, Fələstini İsrailə peşkəş edən, Liviyada MKİ casusu olan çevrilişçi general Hafterə Trablusu bombaladan zehniyyətin təbliğat vasitəsidir.
Bu saydığımız hərəkətlər isə bu gün ABŞ ilə İsrailin Müsəlman coğrafiyasını baş-ayaq edən dizayn siyasətlərinin bel sümüyünü meydana gətirir.
Təxribatçı “Gəzinti hadisələri”ndə, 15 yul çevriliş cəhdində aktyorlardan biri olan Dahlanın təşkil etdiyi bir yayım orqanından bəhs edirik.
İmamoğlu danışmaq üçün belə bir yayım orqanını niyə seçdi, məlum deyil. Amma səbəbsiz də deyil.
Səbəb heç bir şəkildə PKK-HDP ittifaqı, Yunan əlaqələri kimi istəmədiyi sualların soruşulduğu zaman onun qızıb, əsəbiləşdiyi mövzulara girilməməsi ola bilərmi görəsən?
Yoxsa, Dahlan kimi Türkiyədə çevriliş etməyə çalışan, küçə hadisələrini təşkil edən bir terror maşasının televiziyasına niyə danışsın ki?
Xüsusiilə də "Binalı İldırım qalib gəlsə, minlərlə CHP-li təsdiq etmədən nəticəsini qəbul etmərik", - deyə bir mesajı belə şübhəli bir yayım orqanı vasitəsilə niyə versin ki?
Müxalifət.az