İlk kosmonavt qadından Nazarbayevə heyrətamiz – TƏKLİF

İlk kosmonavt qadın, Rusiya Dövlət Dumasının deputatı Valentina Tereşkova Qazaxıstan əhalisini Paytaxt Günü münasibətilə təbrik edib və paytaxtı ölkə prezidenti Nursultan Nazarbayevin adı ilə adlandırmağı təklif edib.
Muxalifət.az teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Sputnik Qazaxıstan məlumat yayıb.
“Mən bütün qəlbimlə əsrarəngiz Astana şəhərinin əhalisini və bütün qazaxıstanlıları möhtəşəm tarix – şəhərin 20 yaşı münasibətilə təbrik edirəm. Mən fikirləşirəm ki, şəhəri Astana deyil, sizin prezidentin adı ilə adlandırmaq lazımdır”, – deyə Dövlət Dumasının nümayəndə heyətinin üzvü kimi Qazaxıstan paytaxtında olan Tereşkova “Sputnik”in əməkdaşına deyib.
Qeyd edək ki, analoji təkliflə 2016-cı ildə Qazaxıstan parlamentinin deputatları da çıxış edib, ancaq N.Nazarbayev bu təklifi qəbul etməyib. 2017-ci ildə deputatlar yenidən oxşar təkliflə çıxış ediblər. İdeya yenə də rədd olunub.