İlk çap edilmiş elektrik motosiklet təqdim olundu - VİDEO

Baxış sayı:
5410

Almaniyanın "BigRep" şirkəti üçölçülü printerdə çap edilən "Nera" adlı dünyanın ilk elektrik motosiklet prototipini təqdim edib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, şirkət nəzdində fəaliyyət göstərən "Nowlab" laboratoriyasının mütəxəssisləri tərəfindən layihələndirilən motosikletin ölçüləri 190 x 90 x 55 santimetr təşkil edir.

Məlumata görə, elektronika istisna olmaqla motosiklet bütövlükdə "3D" çap üsulu vasitəsilə istehsal olunub: məsələn, xüsusi protektorlara malik şinlər, rombabənzər təkər diskləri, rama, oturacaqlar.

Bu, dünyada "3D" printerdə çap edilən ilk elektrik motosiklet prototipi hesab edilir və hazırda onun seriyalı istehsalı barədə məlumat verilmir. 

Videonu izləmək üçün şəklə klikləyin: 

İlk çap edilmiş elektrik motosiklet təqdim olundu