İKİ TERRORÇU YAXALANDI

Baxış sayı:
2977

Suriyada xidmət edən “Azad Polis” qrupu iki YPG-li terrorçunu yaxalayıb. Terrorçulardan birinin Türkiyə vətəndaşı olduğu müəyyənləşdirilib.
 
Azad Suriya Ordusuna (ASO) bağlı və Türkiyə tərəfindən təlim verilərək Suriyada terrordan təmizlənilən bölgədə əmin-amanlığı təmin edən "Azad Polis”lər Afrinin şimalındakı Həsən Dərə kəndində iki YPG/PKK-lı terrorçunu yaxalayıb.
Terrorçular dağa qaçmağa çalışarkən tutulduqları bildirilib. “Azad Polis” qrupu tərəfindən aparılan axtarışda terrorçuların üzərində əl bombaları və silah aşkar edilib. Verilən məlumata görə, ələ keçirilən iki terrorçudan birinin Türkiyə vətəndaşı olduğu müəyyənləşib.
Müxalifət.az