III Avropa Oyunlarının keçiriləcəyi ölkə açıqlandı

Baxış sayı:
3329

2023-cü ildə III Avropa Oyunlarının keçiriləcəyi məkan müəyyənləşib.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, yarışa Polşanın Krakov şəhəri ev sahibliyi edəcək. Bununla bağlı qərar Belarusun paytaxtı Minskdə 50 Milli Olimpiya Komitəsinin nümayəndələrinin iştirak etdiyi EOC-un Baş Assambleyasında açıq səsvermə yolu ilə qəbul olunub.

Qeyd edək ki, I Avropa Oyunları 2015-ci ildə Bakıda baş tutub. II Avropa Oyunları isə iyunun 21-də Minskdə start götürüb və ayın 30-dək davam edəcək. Turnir dörd ildən bir keçirilir.