İçərişəhər heyrətamizdir - "Çelsi" azarkeşi
29-05-2019 19:50
Baxış sayı:
5974

Bakını videokadrlarda və şəkillərdə görüb çox bəyənmişdim. Şəhəri öz gözümlə görmək isə mənə xoş təəssürat bağışladı. Ən çox İçərişəhəri xatırlayacağam.
Muxalifet.az xəbər verir ki, bu sözləri azərtac-a müsahibəsində UEFA Avropa Liqasının final oyununu izləmək üçün Bakıya gələn “Çelsi” klubunun azarkeşi hindistanlı Yaşevar Radj deyib.
Azərbaycanın paytaxtında yaradılan şəraiti yüksək dəyərləndirən turist Bakıya yenə gələcəyini bildirib: “Bakının çoxlu gözəl, gəzməli yerləri var. Dənizkənarı Milli Park da əladı. Orada gəzmək, istirahət etmək çox yaxşıdır. İçərişəhər isə heyrətamizdir və yəqin ki, ən çox bu qədim şəhəri xatırlayacağam”, - deyə o əlavə edib.