Nazir Nicat Əliyevi vəzifədən azad etdi

Baxış sayı:
1633

Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin (NRFTDA) rəisi Nicat Əliyev vəzifəsindən azad edilib.

Bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə Murad Paşayev təyin olunub.

Qeyd edək ki, Nicat Əliyev 2022-ci ilin noyabr ayında sözügedən vəzifəyə təyin edilib. Nicat Əliyev həmçinin Fövqəladə Hallar Nazirliyinin ləğv edilən Dövlət Material Ehtiyatları Agentliyinin rəisi vəzifəsində çalışıb.