İcra başçısına zərfdə güllə göndərdilər - FOTO
22-05-2019 22:07
Baxış sayı:
12448
İtaliyanın Turin şəhərinin meri Kyara Appendinoya zərfdə güllə göndərilib. Muxalifet.az xəbər verir ki, o, bu barədə “Facebook” səhifəsində yazıb. Appendino bildirib ki, zərfi açanadək içərisindəkindən xəbəri olmayıb: “Çox yaxşı bilirəm ki, məni qorxutmaq cəhdi heç bir effekt verməyəcək. Bu cür hərəkətlər məni öz vəzifəmi daha da əzmlə yerinə yetirməyə həvəsləndirir”.