İcra başçısı Natiq Ağayevin də “trollar”ı var – “O, sosial şəbəkələrdə namuslu insanlar barədə yazılan söyüşlərdən sanki həzz alır” / FOTOLAR

Baxış sayı:
4774

Göyçay rayonunun bir qrup sakini - Hümbətov Asif Atəş oğlu, Əliyev Rahim Cümşüd oğlu, Məmmədov Xəlil Cəlil oğlu və Həsənov Hüseyn Məhəmməd oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. İcra başçısı Natiq Ağayevin fəaliyyətindən narazılıq edən şikayətçilərin məktubunu olduğu kimi dərc edirik:
“İcra başçısı Natiq Ağayev Göyçayı şəxsi mülki kimi idarə edir. Vəzifəyə təyin olunduğu ilk gündən birinci işi özünə “trollar komandası” yığmaq oldu. Hər bir “trol”una və onun ailə üzvlərinə maaş kartları verib. Əlində bir neçə əxlaqsızı saxlayıb, haqqını tələb edən insanları şantaj etdirir. Həmin “trollar”ın öz əxlaqlarına uyğun olaraq sosial şəbəkələrdə namuslu insanlar barədə yazdıqları söyüşlərdən isə Natiq Ağayev sanki həzz alır, bu da onun dürüst adam olmadığını göstərir.
Ciblərində maaş kartları olan “trollar” işə gəlmədən qanunsuz olaraq “davamiyyət” yazılaraq, hər ay müftə maaş alırlar.
İcra başçısı Natiq Ağayev Bakı şəhər sakini olan yaxın dostu Cavanşir Qədirov adlı işinin öhdəsindən gələ bilməyən birini Göyçay Şəhər Təsərrüfatı İdarəsinə müdir təyin edib. Həmin idarə Mənzil İstismarı, Sanitar Təmizlik, Yaşıllaşdırma və Abadlaşdırma idarələrinə nəzarəti həyata keçirir. Cavanşir Qədirovun idarəçilik anlayışı olmadığı üçün Göyçay Şəhər Təsrrüfatı idarəsi iflic olub, rayon zibillik, çirkab içində itib-batır, ağaclar susuzluqdan və baxımsızlıqdan kütləvi quruyur.
Gözdən pərdə asmaq üçün Göyçay şəhərinin bir-iki küçəsi təmizlənilir, ancaq digər küçələr baxımsız vəziyyətdədir. Zibillər süpürülmür, vaxtlı-vaxtında götürülmür deyə ətrafa antisanitariya saçır. Hətta zibillər yerdə topalanaraq yandırılır. Buna görə Göyçayın küçələri tez-tez tüstüyə bürünür, ekologiya çirklənir.
Həmin adı qeyd edilən bu 3 idarənin maaş kartlarının əksəriyəti “trollar”a və onların ailə üzvlərinə verilib, onlar da işə çıxmırlar. İşçi qüvvəsi olmadığı üçün rayonda təmizlik işləri vaxtlı-vaxtında aparılmır.
Cibində maaş karı olan “trollar” sosial şəbəkələrdə yazırlar ki, bundan əvvəlki başçıların dövründə vəziyyət pis idi, indi yaxşıdır. Ancaq qeyd edək ki, bundan əvvəl icra başçısları ağacları isti aylarda tez-tez sulatdırırdı, budayırdılar, rayonun küçələri vaxtlı-vaxtında təmizlənirdi. İndi isə Natiq Ağayev sanki şahlıq yaradıb, iş bacarmayan, səriştəsiz, təcrübəsi olmayan yaxın dot-tanışını mühüm idarələrə rəhbər təyin edib.
Sosial şəbəkədə kimlər Natiq Ağayev barədə tərif yazırsa bilin ki, həmin adamın özünün və ailə üzvlərinin cibində maaş kartları var, işə də getmədən maaş alırlar. Bunu isə yoxlamaq çox asandır.
Nəticə isə göz qarşısında, rayon zibiliik içində itib-batır, “trollar” kef edir, sakinlər əziyyət çəkir. Natiq Ağayev isə bu xoşagəlməz mənzərədən həzz alır”.












Muxalifet.az
P.S. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.