Husilər "vurduq" dedi, Səudiyyə təkzib etdi
26-05-2018 21:01
Baxış sayı:
700

Yəməndə husilər pilotsuz uçuş aparatı ilə Səudiyyə Ərəbistanının cənubundakı Abha hava limanını vurmağa cəhd edib.
Muxalifet.az xəbər verir ki, Səudiyyə Ərəbistanının ”Əl-İxbariyyə” televiziyası hücumun qarşısının alındığı və təyyarə səfərlərinin normal şəkildə davam etdiyi barədə məlumat yayıb.
Koalisiya yaydığı məlumatda hücum edən şəxslərin öldürüldüyünü açıqlayıb.
Husilərə məxsus "Əl-Məsirə" televiziyası isə hücumun reallaşdığını və təyyarə reyslərinin dayandırıldığını iddia edib.