Humanitar yardım adı altında Ermənistana raket sistemləri daşınır - PREZİDENTİN KÖMƏKÇİSİNDƏN AÇIQLAMA
10-10-2020 21:48
Baxış sayı:
1958

Humanitar yardım adı altında sanksiya tətbiq olunmuş “Atlantis Armenian Airlines” aviaşirkəti mülki təyyarələrlə Ermənistana raket və raket sistemləri daşıyır.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”dəki hesabında paylaşım edib.
“Bu, açıq şəkildə Çikaqo Konvensiyası və Beynəlxalq Mülki Aviasiya Təşkilatı qaydalarının pozulması deməkdir”, - deyə Hikmət Hacıyev bildirib.