Həsən Ruhani Makrona XƏBƏRDARLIQ ETDİ: “Bu proses hamı üçün itki ilə nəticələnəcək”

Baxış sayı:
20065

Makron: “ABŞ-ın İrana qarşı sanksiyaları birtərəfli və qəbuledilməzdir” İran prezidenti Həsən Ruhani Fransa prezidenti Emmeanuel Makron ilə telefon danışığı zamanı ona ABŞ-ın İrana qarşı addımlarından heç bir fayda əldə edə bilməyəcəyini, bu prosesin davam edəcəyi halda, hamı üçün itki ilə nətcələnəcəyini söyləyib. Makron da Fransanın İranın nüvə müqaviləsindəki mənfəətlətinin təmin edilməsi və Tehranın digər ölkələrlə iqtisadi münasibətlərinin normallaşması üçün səy göstərdiyini bildirib, ABŞ sanskiyalarına rəğmən, Aİ ölkələrinin kredit xəttinin yaradılması da daxil olmaqla İran ilə iqtisadi əlaqələr qurmağa çalışdığını deyib. Makron İran ilə Fransa əlaqələrinin qarşılıqlı etibara əsaslandığını vurğulayaraq deyib: “ABŞ-ın İrana qarşı sanksiyaları birtərəfli və qəbuledilməzdir. Bölgədə gərginliyin azaldılması və nəticə əldə edilməsi üçün ədalətli həll yolu tapmalıyıq”.