Hərbi Hava Qüvvələrinin döyüş atışlı taktiki-xüsusi təlimləri başladı
20-02-2019 12:21
Baxış sayı:
7828

Azərbaycan Ordusunun Hərbi Hava Qüvvələrinin (HHQ) Hava Hücumundan Müdafiə (HHM) hissə və bölmələrinin döyüş atışlı taktiki-xüsusi təlimləri keçirilir.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Təlimlər zamanı həyəcan siqnalı ilə qaldırılan bölmələr şərti düşmənin hava zərbələrinin dəf edilməsi, verilmiş tapşırığa görə qərar qəbuletmə prosesinə uyğun qərargahların fəaliyyətlərini məşq etdirirlər.
Təlimlərdə HHM bölmələri döyüş atışları icra edəcəklər.