​Həkimlər Hacı Mazan barədə qərar verdi - İŞ ADAMI BARƏDƏ YENİ XƏBƏR

Baxış sayı:
11412

Dünən Ələt-Astara yolunda ağır qəzaya düşən Hacı Mazan ləqəbli iş adamı Ramazan Zeynalovun səhhəti ilə bağlı yeni xəbər var. Hacı Mazanın hazırda reanimasiyada müalicə altında olduğu Tibb Universitetinin Tədris-Cərrahiyə Korpusundan Bakupost.az-a daxil olan məlumata görə, iş adamın səhhəti hazırda stabildir və heç bir həyati təhlükəsi yoxdur. Lakin onun bədənindəki ağır sınıqları bərpa etmək üçün hökmən əməliyyata ehtiyacı var. Əldə etdiyimiz məlumata görə, hazırda həkimlər Hacı Mazanı əməliyyata hazırlayırlar və o, gün ərzində əməliyyat masasına yatırılacaq. Qeyd edək ki, Hacı Mazan dünən Bakı istiqamətində hərəkətdə olarkən lüks maşınının təkəri partlamış və maşın yoldan çıxmışdı. Nəticədə qarşıdan gələn MAN markalı yük maşını ilə toqquşmuşdu. İş adamı bədənindəki çox saylı sınıq və kəllə beyin travması diaqnozu ilə ən yaxın xəstəxanaya - Biləsuvar Mərkəzi rayon Xəstəxanasına aparılmış, orada ilkin tibbi müdaxilələrdən sonra xüsusi təcili yardım maşını ilə dərhal Bakıya göndərilmişdi.