Hindistanda 5 Azərbaycan vətəndaşı HƏBS EDİLDİ

Baxış sayı:
1888

Hindistanın paytaxtı Dehlinin İndira Qandi Beynəlxalq Aeroportunda 5 Azərbaycan vətəndaşı həbs edilib. Virtualaz.org Hindistan mənbələrinə istinadən xəbər verir ki, onlar qızıl qaçaqmalçılığında ittiham olunur. 
 
Aeroportun gömrük komissarı Anubha Sinha bildirib ki, həbs edilənlərin 3-ü qadındır. Onların üzərindən 2,5 kiloqrama yaxın qızıl məmulatları aşkarlanıb. Saxlanılanlar qızılı gömrükdən gizlətməklə aerportdan keçirmək istəyiblər.