​Hindistan da təsdiqlədi: İsrailə 70 il sonra...

Baxış sayı:
5275

Səudiyyə Ərəbistanının 70 il sonra İsrailə birbaşa təyyarə uçuşlarını başlatması xəbəri təsdiqlənib.
Muxalifet.az xəbər verir ki, bu barədə "Air İndia" hava yolları şirkəti məlumat yayıb.
Hindistan Baş naziri Narendra Modi İsrail və Səudiyyə Ərəbistanı ilə yaxın əlaqələrin qurulması nəticəsində Yeni Dehlidən Təl-Əvivə uçuşların Səudiyyə Ərəbistanı üzərindən həyata keçiriləcəyini bəyan edib.
Qeyd edək ki, 70 ildir Səudiyyə Ərəbistanının hava məkanı İsrail təyyarələri və başqa ölkələrdən Təl-Əvivə gedən təyyarələr üçün qapalı idi.