Hindistan atom sualtı qayıqlarının sayını artıracaq
30-12-2019 16:23
Baxış sayı:
3451

Hindistan 24 sualtı gəmi hazırlamağı planlaşdırır.
Muxalifet.az bildirir ki, bu barədə məlumatı NDTV yayıb.
Məlumata görə, hazırlanacaq gəmilərdən 6-sı atom sualtı qayığı olacaq.
Hazırda Hindistan Hərbi Dəniz Qüvvələrinin arsenalında 17 sualtı gəmi var və bunlardan 2-si atom sualtı gəmisidir. Bu gəmilərdən 13-nün istismar müddəti 17 ildən 32 ilə qədərdir.