Hansı içkilər ölüm riskini artırır? – Alimlər müəyyən ediblər…

Baxış sayı:
13348

Koladan, limonaddan və oxşar alkoqolsuz içkilərdən mürtəzəm istifadə edilməsi ölüm riskini və təhlükəli xəstəliklərin inkişafını artırır. «Die Welt» nəşrinin yazdığına görə, alimlər bu nəticəyə gəliblər.

Mütəxəssislər 10 ölkədən olan 450 min adamın şəxsi məlumatlarını öyrəniblər. Ekspertər onların hamısını 2 qrupa bölüblər: Ayda bir stəkandan az (250 ml) və gün ərzində iki stəkandan çox qazlı su içənlər.

Məlum olub ki, vaxtından əvvəl ölüm riski qazlı su içməyi sevənlər arasında 17,0 faiz içməyənlərdən və ya az içənlərdən yüksək olub.

Bu zaman, müşahidə altına alınmış olanların 11,5 faizi ölüb. Məlum olub ki, onların hamısı böyük həcmlərdə şirin alkoqolsuz içki içiblər.