​Gürcüstanın baş naziri istefa verdi

Baxış sayı:
8290

Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili iyunun 13-də tutduğu vəzifədən getdiyini elan edib.
Muxalifet.az xəbər verir ki, Kvirikaşvili bunu Tiflisdə keçirilən fövqəladə brifinqdə deyib.
“Mən Gürcüstanın Baş naziri postundan istefa vermək qərarına gəldim”, - deyə o bildirib.
Qeyd edək ki, Georgi Kvirikaşvili 2015-ci il dekabrın 30-dan Gürcüstan hökumətinin rəhbəri vəzifəsini tuturdu.