​Gürcüstanda ən az pul xərcləyən turistlər bizik

Baxış sayı:
5734

Azərbaycanlılar Gürcüstanda hər kəsdən daha az pul xərcləyirlər.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın Turizm üzrə Milli Administrasiyası yayıb. Administrasiya azərbaycanlı turistlərin Gürcüstanda 401 lari (278 manat) pul xərclədiyini bildirib.
Ölkəyə gələn turistlər arasında ən çox pulu ruslar (928 manat) xərcləyiblər. Ruslardan sonrakı yerlərdə türk (826 manat) və erməni (389 manat) turistlər qərarlaşıb.