Gürcüstanda koronavirusa yoluxanların sayı 600 nəfərə çatır

Baxış sayı:
1130

Gürcüstanda koronavirusa yoluxanların sayı 7 nəfər artaraq 589-a çatıb.
Bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.
İndiyədək qonşu ölkədə COVID-19 virus infeksiyasından 207 nəfər sağalıb, 8 nəfər isə ölüb.
Hazırda ölkə üzrə karantində 5 066, stasionar nəzarətdə isə 528 nəfər saxlanılır.