Gürcüstan təyyarələri də Rusiyaya buraxılmayacaq

Baxış sayı:
3274

Rusiya Nəqliyyat Nazirliyinin məlumatına əsasən, iyulun 8-dən Gürcüstan aviaşirkətlərinə məxsus təyyarələrin Rusiya ərazisinə uçuşları dayandırılacaq.

Virtualaz.org xəbər verir ki, bu barədə məlumatı RT yayıb.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putinin dünən imzaladığı fərmana əsasən, iyulun 8-dən bu ölkənin aviaşirkətlərinə məxsus təyyarələrin Gürcüstana uçuşlarına qadağa qoyulub.