Gürcülər rus deputatlara su qabı atdılar - Foto
20-06-2019 21:00
Baxış sayı:
12337
Parlamentlərarası Pravoslav Assambleyasının (PPA) Tiflisdə keçirilən 26-cı Baş Assambleyasında iştirak edən Rusiya nümayəndə heyəti Gürcüstanı tərk edib.
Muxalifet.az xəbər verir ki, PPA-nın prezidenti, rusiyalı deputat Sergey Qavrilov və Rusiya Dumasının digər üzvləri Tiflis hava limanından təyyarə ilə yola salınıblar.
Rusiyalı deputatlar qaldıqları hoteldən çıxarkən vətəndaşların etirazları ilə qarşılaşıblar. Onlar rusiyalı deputatlar istiqamətinə su qabları atıblar.
Qeyd edək ki, Rusiya Dumasının üzvlərinin Tiflisdə beynəlxalq tədbirdə iştirak etməsi və PPA-nın prezidenti Sergey Qavrilovun Gürcüstan parlamenti sədrinin kürsüsündə əyləşməsi ictimaiyyət arasında böyük narazılıq yaradıb.