Günlərdir ortada yox idi: BİRİNCİ LEDİ ORTAYA ÇIXDI

Baxış sayı:
5149

ABŞ prezidenti Donald Trampın xanımı Melania Tramp 20 gündür ki, ortalıqda görünmürdü. Melania Tramp hər şeyin yolunda olduğunu Twitter hesabında bildirib.
 
ABŞ-ın birinci ledisi, tvitter hesabında "İçiniz rahat olsun, Ağ Evdə ailəmlə birlikdəyəm" mesajını bölüşüb. Melania Tramp təxminən üç həftədir ictimaiyyət qarşısına çıxmırdı. Melania Tramp haqqındakı şayiələrə Twitter hesabından mesajı ilə cavab verib.
Birinci ledi Melania Tramp mesajina, "Medianın daim mənim harada və necə olmağımla bağlı spekulyasiyalar etdiyini görürəm" sözləri ilə başlayıb.
“İçiniz rahat olsun, burada, Ağ Evdə ailəmlə birlikdəyəm. Özümü gözəl hiss edirəm, uşaqlar və Amerikan xalqı üçün çox çalışıram" deyə, yazıb.
Qeyd edək ki, birinci ledi ayın əvvəlində böyrəklərində problem səbəbilə xəstəxanaya yerləşdirilmişdi.
10 maydan bu yana ictimaiyyət qarşısına çıxmadığı üçün haqqında sosial mediada çoxsaylı şayiə dolaşmağa başladı. Sağlıq vəziyyətinin yaxşı olmadığına dair iddialar da ortaya atıldı.
Müxalifət.az