Göyçayda toy karvanında baş verən qəzanın videosu yayıldı - YENİLƏNİB

Baxış sayı:
4864

Ötən gün Göyçayda toy karvanında baş vermiş ağır qəzanın videosu yayılıb. Oxu.az-ın bölgə müxbirinin əldə etdiyi videonu təqdim edirik. 20:51 Göyçayda eyni vaxtda bir yolda iki qəza baş verib. Məlumata görə, digər qəzada iki "VAZ-21011" markalı avtomobil toqquşub. İki yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub. Hadisələr zamanı 1977-ci il təvəllüdlü Əsgərov Etibar Firudin oğlu, 1962-ci il təvəllüdlü Əhmədov Rəfael Yusif oğlu, 1989-cu il təvəllüdlü İbrahimov Qəzənfər Ələsgər oğlu, 1960-cı il təvəllüdlü Həsrətov Bikas Fərman oğlu, 1967-ci il təvəllüdlü Zeynalov Rafiq Bəylər oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb 20:01 Göyçay rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə bu gün axşam saatlarında Bakı-Şamaxı-Yevlax yolunun Göyçay şəhərindən keçən hissəsində, Göyçay çayının üzərindəki körpüyə yaxın ərazidə qeydə alınıb. Avtomobillər toy karvanına daxil olublar. "VAZ 2107" və "Chevrolet" markalı minik avtomobillərinin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Hələlik xəsarət alanların adları məlum deyil. Faktla bağlı araşdırma aparılır.