Gəncə yol polisi rəisinin işdən çıxarıldığı RƏSMƏN TƏSDİQLƏNDİ
22-02-2018 12:23
Baxış sayı:
3424

Gəncə şəhər Baş Polis İdarəsinin Yol Polisi Şöbəsinin rəisinin işdən çıxarılması rəsmən təsdiqlənib.
Gəncə şəhər Baş Polis İdarəsinin Yol Polisi Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rəhim Zalov işdə yol verdiyi nöqsanlarla əlaqədar daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrlə tutduğu vəzifədən azad edilərək DİN-in sərəncamına götürülüb.
DİN-in mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.