Əfv olunan iki ömürlük məhkum azadlığa çıxdı

Baxış sayı:
4494

Prezidentin imzaladığı əfv sərəncamı ilə ömürlük həbs cəzasına məhkum edilmiş 2 nəfər azadlığa çıxıb.

Bunu Ədliyyə Nazirliyi yanında cəzaçəkmə müəssisələrinə ictimai nəzarəti həyata keçirən İctimai Komitənin üzvü Əlməmməd Nuriyev deyib.

O bildirib ki, onlardan biri 20 il, biri 25 il cəza çəkib: "Bundan başqa, 2 nəfər Nardaran hadisələrinə görə həbs olunan şəxs əfvə düşüb. 25 nəfər nəqliyyat hadisələrinə görə azadlıqdan məhrum olunub"./apa